Bayden və Tramp üz-üzə! Tarix müəyyən edilib- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden və keçmiş prezident Donald Trampın noyabrda keçiriləcək prezident seçkiləri üçün iyunun 27-də və sentyabrın 10-da canlı yayımda üz-üzə gələcəkləri öyrənilib. 

ABŞ-da prezident seçkilərinə aylar qaldığı bir vaxtda ABŞ prezidenti Co Bayden və keçmiş prezident Donald Tramp canlı yayımda debat edəcəklər.

Bayden və Tramp iyunun 27-də CNN-də, sentyabrın 10-da isə ABC-də canlı yayımda üz-üzə gələcək və mesajlarını seçicilərə çatdıracaqlar.

CNN-in verdiyi açıqlamada Corciya ştatının Atlanta şəhərində keçiriləcək canlı yayıma heç bir tamaşaçının qatılmayacağı, moderatorların daha sonra açıqlanacağı bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31