NATO Gürcüstanı siyasi kursunu dəyişməyə çağırıb

NATO Gürcüstan parlamentinin "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini qəbul etməsi fonunda ölkə hökumətinə çağırış edib.

Olaylar xəbər verir ki, bununla bağlı NATO-nun mətbuat katibi Fərəh Daxlallah "X" platformasında paylaşım edib.

Gürcüstanı siyasi kursunu dəyişməyə çağıran NATO-nun mətbuat katibi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin səhv addım olduğunu bildirib.

"Gürcüstan hökumətinin "Xarici təsirin şəffaflığı haqqında" qanunu qəbul etmək qərarı səhv addım olmaqla, ölkəni Avropadan və Avro-Atlantik məkana inteqrasiyadan uzaqlaşdırır. Gürcüstanı kursunu dəyişməyə və dinc etiraz hüququna hörmət etməyə çağırırıq", - NATO nümayəndəsi paylaşımında yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31