Lavrov Astanaya gedir: Bu iclasda iştirak edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 20-21-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

Olaylar xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, xarici işlər nazirləri qurumun hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini, həmçinin beynəlxalq və regional gündəlikdəki cari məsələləri müzakirə edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31