Tatarıstanın bütün qurumları yüksək hazırlıq vəziyyətindədir - ÖZƏL
15 May 2024 14:02 DünyaRusiyanın Tatarıstandakı bütün qurumları yüksək hazırlıq vəziyyətindədir, təhlükələr zamanı fəaliyyət planı işlənib hazırlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə region rəhbərinin mətbuat xidmətindən bildiriblər.
"Respublikanın bütün qurumları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Hər hansı təhlükə yaranarsa, insanların həyat və sağlamlığının təhlükəsizliyini təmin etmək üçün tədbirlər planı hazırlanır. Verxneuslonski rayonunda bu gün baş vermiş hadisə ilə bağlı: döyüş hazırlığının sınağı uğurla keçib", - mətbuat xidmətindən bildiriblər.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə qüvvələrinin Moskva vaxtı ilə səhər saat 7:30-da (GMT 4:30) Tatarıstan səmasında Ukraynaya məxsus pilotsuz təyyarəni vurduğunu bildirib. Kazan və Nijnekamsk hava limanları işini müvəqqəti dayandırıb. Hazırda hava limanlarının fəaliyyətinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.