Hərbi bazaya silahlı HÜCUM - Ölənlər və yaralananlar var
15 May 2024 13:29 DünyaNigeriyanın Katsina əyalətində hərbi bazaya silahlı hücum olub. Hücum nəticəsində 5 əsgər həyatını itirib, 11 əsgər isə yaralanıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Ntv Haber" məlumat yayıb.
"Silahlı dəstə üzvləri Katsina əyalətinin Faskari bölgəsindəki hərbi bazaya hücum ediblər".
Qeyd edək ki, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşib.
Xatırladaq ki, son zamanlar silahlı şəxslərin motosikletlərə hücumu səbəbindən ölkənin bəzi ştatlarında motosikletlərdən istifadə qadağan edilib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31