Putin yanılır, 20 ildir uduzur - Blinken
15 May 2024 10:06 DünyaRusiya Prezidenti Vladimir Putin zamanın onun tərəfində olduğunu düşünməklə səhv edir. Halbuki Ukrayna irəliləyir və nəhayət uğura nail olacaq.
Olaylar bildirir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib.
"Bəzən eşidirik ki, zaman Putinin tərəfindədir, Rusiyanın daha çox əhalisi var, Putin Ukraynanı sürətlə zəbt etmək üçün daha çox resurslar axtararaq yaradıcısı olduğu "ətçəkən maşın"a daha çox rusu atmağa hazırdır və o deməkdir ki, Rusiya uduza bilməz. Əslində Rusiya 20 ildir Ukraynanın taleyinə nəzarət uğrunda döyüşdə uduzur. Putin yanılır. Vaxt Ukraynanın tərəfindədir", - deyə amerikalı rəsmi bildirib. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31