Günəşdə 7 ilin ən güclü partlayışı oldu
15 May 2024 09:55 DünyaÖtən gün Günəş aktivliyinin cari tsiklində ən güclü partlayış baş verib.
Olaylar xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
Bildirilib ki, X9.3 səviyyəsindəki böyük partlayış sonuncu dəfə 7 il əvvəl - 2017-ci il sentyabrın 6-da müşahidə olunub.
Bu isə Yerdə maqnit qasırğasına səbəb ola bilər.
Qeyd olunub ki, plazmanın Yerə gəlib çatma ehtimalı son dərəcə azdır, amma Yer atmosferinə güclü radiasiya yükü gözlənilir və hissəciklər tezliklə planetə çata bilər. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31