Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka diyarında 5 bal gücündə zəlzələ baş verib.

Olaylar bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi bildirib.

Məlumata əsasən, zəlzələnin ocağı 96 km dərinlikdə yerləşib. Yeraltı təkanları episentri Petropavlovsk-Kamçatski şəhər dairəsində 78 km cənub-şərqdə, Avaça körfəzinin sularında olub

Bildirilib ki, xəsarət alanlar və dağıntılar qeydə alınmayıb. Sunami təhlükəsi elan edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31