"Sən yalançısan!" - Paşinyan Danimarkada etirazla qarşılandı
14 May 2024 17:15 DünyaDanimarkaya işgüzar səfərə gedən Ermənistanın baş naziri Nikol Paşinyan yerli ermənilər tərəfindən etirazla qarşılanıb.
Olaylar xəbər verir ki, erməni icmasının bir neçə nümayəndəsi Paşinyanı yalançı və demokratiyanın nə olduğundan xəbərsiz olduğunu bildirərək plakat qaldırıblar.
"Onun sizə deyəcəyi hər şeyə inanmayın. O, yalançıdır. Ermənistanda demokratiya yoxdur", - deyə bildiriblər.
Aksiya iştirakçıları Paşinyanın istefasını tələb ediblər. (unikal)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31