Ermənistan İranla birgə Araz çayı üzərində ikinci körpü tikəcək
14 May 2024 15:18 DünyaErmənistan və İran Araz çayı üzərində ikinci körpünün inşası üzrə birgə işçi qrupu yaradacaq.
Olaylar bildirir ki, müvafiq razılıq adı çəkilən ölkənin Yol Tikintisi üzrə Departamentinin rəhbəri Qor Avetisyanla İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında əldə olunub.
Bildirilib ki, bu faktoru hər iki istiqamətə sərnişin və yük daşımalarındakı artım zəruri edib.
Qeyd edək ki, yeni körpünün inşası üzrə şifahi razılaşma hələ ötən ilin sonlarından mövcud olub. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31