Baydendən Rusiya ilə bağlı SƏRƏNCAM - QADAĞAN EDİLDİ
14 May 2024 11:22 DünyaCo Bayden ABŞ-yə Rusiyada və ya rus şirkəti tərəfindən istehsal olunan şüalanmamış, az zənginləşdirilmiş uranın idxalını qadağan edən sərəncam imzalayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan yaydığı bəyanatda qeyd edib ki, ölkə Prezidenti Co Baydenin imzaladığı qanun dinc nüvə enerjisi sahəsində Rusiyadan asılılığı azaltmaqla, son nəticədə isə aradan qaldırmaqla ölkənin enerji və iqtisadi təhlükəsizliyini gücləndirəcək. Onun sözlərinə görə, Baydenin xahişi ilə ABŞ Konqresinin təsdiq etdiyi 2,72 milyard dolların ayrılması ABŞ-də uranın zənginləşdirilməsi üçün potensialın yaradılmasına imkan verəcək. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31