İrəvanda etirazlarda bu gün saxlanılanların sayı 38 nəfərə çatıb

İrəvanda etirazlarda bu gün saxlanılan müxalifət fəallarının sayı 38 nəfərə çatıb.

Olaylar xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, etirazçılar İrəvanın küçələrini bağlayıblar.

Qeyd edək ki, Ermənistanda bir müddətdir ki, Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər etiraz aksiyaları keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane olmağa çalışırlar.

Ötən gün Ermənistan DİN 156 nəfərin saxlanıldığına, sonradan onların hamısının azadlığa buraxıldığına dair məlumat yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31