Ermənistanda aksiya yenidən alovlandı: Saxlanılanlar var
14 May 2024 10:01 DünyaBu gün səhər saatlarından etibarən Ermənistanda vətəndaş itaətsizliyi aksiyası başlayıb.
Olaylar xəbər verir ki, bu barədə erməni bloqer Mika Badalyan öz "Telegram" kanalında məlumat paylaşıb.
O qeyd edib ki, aksiya "Vətən üçün Tavuş" hərəkatına dəstək məqsədilə həyata keçirilir.
Ermənistan polisi baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəallarını saxlamağa başlayıb.
Hələlik qeyri-rəsmi informasiyaya görə, bu gün saxlanılanların sayı 50 nəfərə yaxındır. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31