Hindistanda reklam lövhəsi aşdı, ölənlər var
13 May 2024 20:15 DünyaHindistanda reklam lövhəsi aşıb, ölənlər var.
Olaylar.az APA-ya istinadən bildirir ki, Mumbayın Ghatkopar şəhərində güclü toz fırtınası zamanı yanacaqdoldurma məntəqəsinin üzərinə nəhəng reklam lövhəsi aşıb.
Onun altında çoxlu sayda adamın qalması ehtimalı var. Polis indiyə qədər 3 nəfərin öldüyünü, 53 nəfərin yaralandığını, 67 nəfərin isə xilas edildiyini bildirib. Xilasetmə işlərinin davam etdiyi qeyd olunub.
Reklam lövhəsi yanacaqdoldurma məntəqəsi ilə üzbəüz yerləşirmiş.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31