"Özünüzü zibil qabına atın" - Erməni deputat etirazçıları təhqir etdi

Ermənistanın hakim partiyasından olan deputat Hasmik Akopyan itaətsizlik aksiyası keçirən etirazçıları təhqir edib.

Olaylar.az unikal-a istinadən xəbər verir ki, deputat bu barədə "Facebook" hesabında yazıb. 

"Hörmətli etirazçılar, küçəni zibil qutuları ilə bağlamaqdansa, özünüzü zibil qabına atıb zibil maşını gözləyin. Sizin yeriniz zibillikdədir", - deyə deputat qeyd edib. 

O, bir müddət sonra postu silməyə məcbur olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31