ABŞ-ın baş diplomatı İsrailin müdafiə naziri ilə Rəfahdakı hadisələri müzakirə edib - ÖZƏL

ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Gallant ilə Fələstinin Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki hadisələri müzakirə edib.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bildirib.
"Dövlət katibi ABŞ-ın İsrailin təhlükəsizliyinə sədaqətini və Həmas-ın məğlubiyyətinin ortaq məqsədini təsdiqləyib", - bəyanatda deyilir. Onlar Qəzzada vəziyyəti və girovların azad edilməsi üçün davam edən səyləri müzakirə ediblər.
ABŞ Dövlət Departamentinin məlumatına görə, Katib bir milyondan çox insanın sığındığı Rəfahda böyük hərbi quru əməliyyatına ABŞ-ın etirazını bir daha təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31