Türkiyədə dəhşətli tornado: Evlərin damı göyə uçdu
13 May 2024 13:41 DünyaTürkiyənin Erzurum vilayətində tornado binaların dam örtüyünü uçurub, ağacları kökündən çıxarıb və elektrik dirəklərini aşırıb. Nəticədə ərazidə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Olaylar bildirir ki, bu barədə Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarəedilməsi Agentliyi (AFAD) xəbər yayıb.
Qurumdan verilən məlumata görə xəsarət alan olmayıb.
"Söyütlü məhəlləsində yeddi ev, bir məktəb, üç istixana, üç nəqliyyat vasitəsi və bir sıra təsərrüfata ziyan dəyib. Pasinler mahalının Gölciğez və Kevənlik məhəllələrində də qasırğa baş verib. Xəsarət alan olmayıb, ancaq evlərə ciddi maddi ziyan dəyib", - deyə məlumatda vurğulanıb. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31