Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Yaponiyaya səfər edəcək.

Olaylar-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

"Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman mayın 20-dən 23-dək Yaponiyada dövlət səfərində olacaq. Səfər zamanı onu İmperator Naruhito qəbul edəcək, baş nazir Fumio Kişida da onunla görüşəcək. Ümid edirik ki, bu səfər ikitərəfli əlaqələri gücləndirəcək", - deyə Y.Hayaşi əlavə edib.

Yaponiya və Səudiyyə Ərəbistanı 2025-ci ildə diplomatik əlaqələrin qurulmasının 70 illiyini qeyd edəcək. Vəliəhdin səfəri bu tarixə təsadüf edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31