Rusiya-Çin Ay stansiyası üçün nüvə enerji qurğusunun hazırlanmasına başlanılıb

Rusiyalı mütəxəssislər Çinlə birgə Ay bazası üçün nüvə enerji qurğusunun hazırlanmasına başlayıblar.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Roskosmos"un rəhbəri Y.Borisov məlumat verib.

"Ay gecəsi təxminən 14 Yer günü davam edir. Günəş panelləri bu müddət ərzində elektrik cihazlarını işə salmaq üçün kifayət qədər enerji saxlaya bilmir. Ona görə də Ayda yığcam, etibarlı, uzunmüddətli və davamlı nüvə enerjisi mənbəyi yaratmaq lazımdır", - deyə Borisov əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31