Qəzza zolağındakı xəstəxanada daha bir kütləvi məzarlıq aşkarlanıb
9 May 2024 14:46 DünyaQəzza zolağındakı Əl-Şifa xəstəxana kompleksi ərazisində Fələstinin tibbi briqadaları tərəfindən kütləvi məzarlıq aşkarlanıb.
Olaylar xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi bəyanatı yayıb.
"Hökumət briqadaları indiyədək yeni cəsədlər çıxarırlar, eksqumasiya üzrə əməliyyatlar isə hələ sona çatmayıb. Biz onlarla insan meyiti aşkar edəcəyimizi gözləyirik", - bəyanatda deyilir.
Məlumata görə, bu Qəzza xəstəxanasında aşkar edilən sayca yeddinci kütləvi məzarlıqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31