Gürcüstanda xarici agentlər haqqında qanun layihəsinə etirazlar zamanı 6 nəfər saxlanılıb
9 May 2024 13:17 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan polisi Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən etiraz aksiyaları zamanı iğtişaşlar təşkil etməkdə ittiham olunaraq altı nəfəri saxlayıb.
Daxili İşlər Nazirliyi və Prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində polis əməkdaşına basqın etmək və şəxsi əşyalara ziyan vurmaq ittihamı ilə 6 nəfər saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31