SSRİ olmasaydı, Hitler qalib gələ bilərdi
9 May 2024 13:14 DünyaAdolf Hitlerə qarşı ABŞ və Böyük Britaniya Sovet İttifaqı ilə səylərini birləşdirməsəydi, nasist Almaniyası qalib gələ bilərdi.
Olaylar.az xəbər verir ki, bunu Elba çayında Sovet və ABŞ qoşunlarının qarşılaşmasında iştirak edən İkinci Dünya Müharibəsi veteranı amerikalı Frank Kon deyib.
"Düşünürəm ki, bu, komanda işi idi. Bu, komanda işi olmalı idi. Biz bunun komanda işi olduğunu başa düşdük, çünki ABŞ-ın lizinq proqramı çərçivəsində avadanlıqları Rusiya tərəfinə göndərdik. Çünki bu, bizim üçün faydalı oldu" - 98 yaşlı İkinci Dünya Müharibəsi veteranı deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31