Bu ölkədə qadın prezident seçildi - İlk dəfə

Şimali Makedoniya ilk dəfə qadın prezidentini seçdi.

Olaylar bu barədə "The Associated Press" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, müxalifətin dəstəklədiyi 70 yaşlı hüquq professoru Qordana Siljanovska-Davkova prezident seçkilərinin ikinci turunda səslərin təxminən 65%-ni toplayaraq qalib elan edilib.

"Bir qadının prezident seçilməsindən daha böyük dəyişiklik varmı? Bu irəliyə doğru böyük addımdır, islahatlara doğru bir addım atmaqda qadınların yanında olacağam", - deyə o, vurğulayıb.

Qeyd edilir ki, hakim Sosial Demokrat Partiyası prezident və parlament seçkilərində uduzub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31