İsrail qırıcıları Livanın cənubundakı Hizbullah obyektlərinə zərbələr endirib - ÖZƏL
8 May 2024 14:26 DünyaOlaylar.az İsrail Müdafiə Qüvvələrinin (IDF) bəyanatında deyilir ki, İsrail qırıcıları dünən gecə Livanın cənubundakı Hizbullah obyektlərinə zərbələr endirib.
"İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri gecədə Kfarkela, Ayta ash Shab, Xiam və Marun El Ras bölgələrində Hizbullah hərbi birləşmələrinə, həmçinin Livanın cənubundakı Hula və Aytarun bölgələrində terrorçuların infrastrukturuna zərbələr endiriblər", - bəyanatda deyilir.
Hərbçilər əlavə edib ki, İDF "təhdidi aradan qaldırmaq üçün gecə ərzində Tayr Harfa və Cibbain bölgələrində zərbə endirib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31