Rusiya DİN Ukraynanın daha bir tanınmış siyasətçisini axtarışa verib

Rusiya Daxili İşlər Nazirliyi (DİN) Ukrayna Ali Radasının keçmiş deputatı və jurnalist İqor Miroşniçenkonu cinayət maddəsi ilə axtarışa verib.

Olaylar xəbər verir ki, bu barədə Rusiya DİN-in axtarış-məlumat bazasında paylaşım edilib.

"İqor Mixayloviç Miroşniçenko. Cinayət Məcəlləsinin - maddəsi ilə axtarışa verilib", - deyə məlumatda bildirilib.

Lakin məlumat bazasında axtarışın hansı maddə əsasında aparıldığı isə göstərilməyib.

Qeyd edək ki, 2012-2014-cü illərdə Miroşniçenko VII çağırış Ukrayna Ali Radasının deputatı, 2015-2020-ci illərdə isə Kiyev Şəhər Şurasının "Svoboda" millətçi partiyasından deputatı olub. Sabiq deputatın adı dəfələrlə qalmaqallarda hallanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31