Düşmənlər silahlarımızın qarşısında titrəyir - Medvedyev

Rusiyanın zavodları həm nəhəng silahlar, həm də firavan həyat üçün lazım olan hər şey istehsal edir.

Olaylar xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

"Bizim lazım olan hər şeyimiz var - texnoloji potensial, iş təcrübəsi, əzm və güc, Vətənə sədaqət, dərin tarixi yaddaşımız və qarşıya qoyulan dəqiq hədəflər. Qələbə bizim olacaq", - Medvedyev bildirib.

Onun sözlərinə görə, Rusiyanın zavodlarında elə silahlar istehsal edilir ki, düşmənlər qarşısında titrəyir. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31