Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 Mart 2024 11:12 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-u ABŞ-yə rəsmi səfərə yollanacaq.
Olaylar xəbər verir ki, Türkiyə lideri Ağ Evdə ilk dəfə ABŞ Prezidenti Co Baydenlə görüş keçirəcək.
Bildirilir ki, Ərdoğanla Bayden beynəlxalq tədbirlər zamanı görüşlər keçirsə də, bu, iki lider arasında "Oval Ofis"də ilk belə görüş olacaq.
Tərəflərin terrorla mübarizə, Qəzza zolağında son vəziyyət və müdafiə sahəsində əməkdaşlıq kimi məsələləri müzakirə edəcəyi gözlənilir. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31