Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu

Fici adaları sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 77 min nəfərdən çox əhalisi olan Suva şəhərindən 588 kilometr cənub-qərbdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Sunami təhlükəsi elan olunmayıb. (Publika.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31