KTMT-nin qərarlarına mane olmuruq, lakin… - Paşinyan
26 Mart 2024 17:59 DünyaBizim qiymətləndirməmizə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirməyib.
Olaylar bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Yunanıstanın "Katimerini" nəşrinə müsahibəsində deyib.
"Biz KTMT-də iştirakımızı mahiyyətcə dondurmuşuq. 2023-cü ilin sentyabrından bu günə kimi bu qurumda daimi nümayəndəmiz yoxdur. KTMT-nin yüksək səviyyəli tədbirlərində iştirak etmirik. Biz KTMT-nin qərarlarına mane olmuruq, lakin onlarda iştirak da etmirik", - Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, Ermənistan bütün tərəfdaşları ilə qarşılıqlı faydalı münasibətlərin qurulmasına və inkişafına açıqdır. (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31