Dumanın spikeri: Rusiyada ölüm hökmünün bərpası üçün bu qərar kifayətdir
26 Mart 2024 17:57 DünyaRusiyada ölüm hökmünə qoyulan moratoriumun ləğvi üçün referendum keçirilməsinə ehtiyac yoxdur.
Olaylar bildirir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
"Konstitusiyamızda və cinayət qanunvericiliyində ölüm hökmünü heç kim ləğv etməyib, belə bir hökmün verilməsini təxirə salan Konstitusiya Məhkəməsinin qərarı var, ona görə də hər hansı referenduma ehtiyac yoxdur. Bu məsələ bağlı Konstitusiya Məhkəməsinin qərarı kifayətdir", deyə Volodin dumada ölüm hökmünün bərpası haqqında gedən müzakirələr zamanı qeyd edib. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31