Hakan Fidan Qırğızıstana səfər edəcək

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Türkiyənin xarici işlər naziri Hakan Fidan 9 yanvar tarixində Qırğız Respublikasının XİN rəhbəri Jeenbek Kulubayevin dəvəti ilə Qırğızıstana rəsmi səfər edəcək.

Olaylar.az məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, görüşlər zamanı Türkiyə-Qırğızıstan ikitərəfli münasibətlərinin bütün aspektlərinin müzakirəsi, eləcə də cari regional hadisələr və beynəlxalq problemlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31