Qəzza xəstəxanasından olan xəstələrin, həkimlərin yeri məlum deyil — ÖZƏL
8 Yanvar 2024 15:55 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qəzzadakı Əl-Əqsa xəstəxanasının yüzlərlə xəstəsi və tibb işçisinin harada olduğu barədə məlumatı yoxdur",
Olaylar.az xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Ghebreyesus, Qəzzanın Orta Bölgəsindəki həyati əhəmiyyət kəsb edən Əl-Əqsa Xəstəxanası yaxınlığında gücləndirilmiş döyüş əməliyyatları 600-dən çox xəstəni və əksər tibb işçisini tərk etməyə məcbur etdiyini deyib.
"Bu gecəki hesabatlar göstərir ki, cəmi 5 həkim qalıb. Xəstəxana rəhbərliyi tibb işçilərinin yeməklərinin olmadığını bildirib", - ÜST-nin baş direktoru vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31