"Hizbullah"ın bölmə komandiri Livanda öldürülüb
8 Yanvar 2024 15:37 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Hizbullah"ın bölmə komandiri Livanın cənubunda İsrail hücumu nəticəsində öldürülüb.
Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Xatırladaq ki, ötən gün İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail "Hizbullah"la münaqişəni sülh yolu ilə həll etməyə hazırdır, əks təqdirdə digər üsullarla hərəkət edəcək.
Qeyd edək ki, bir qədər əvvəl İsrailin sabiq müdafiə naziri Benni Qantz da bənzər açıqlama verib. O, İsrailin lazım gələrsə, "Hizbullah"la hərbi toqquşmaya girə biləcəyini istisna etməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31