Blinken BƏƏ-yə getdi
8 Yanvar 2024 14:36 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
ABŞ dövlət katibi Antoni Blinken Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.
Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, ABŞ və BƏƏ regionda və ondan kənarda strateji tərəfdaşlığa malikdir.
"Dövlət katibi Antoni Blinken regionda münaqişənin şiddətlənməsinin qarşısını almaq səylərini və davamlı sülhə nail olmaq istiqamətində fəaliyyətimizi müzakirə etmək üçün Əbu Dabidə səfərdədir", - o yazıb.
Xatırladaq ki, ötən gün İordaniyada səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken İordaniya Kralı II Abdullah ilə görüşüb. O, daha sonra görüşün yekunlarına dair özünün "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Blinken İordaniya Kralı ilə Qəzzada və İordan çayının qərb sahilində mülki əhalinin qorunması istiqamətində səyləri müzakirə etmək üçün görüşdüyünü bildirib.