İsrail Qəzza zolağında döyüşlərin bütün il boyu davam edəcəyini bildirib
8 Yanvar 2024 13:23 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İsrail ordusu Qəzza zolağında döyüşləri bütün 2024-cü il boyu davam etdirməyi planlaşdırır.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş Qərargah rəisi Herzi Halevi açıqlama yayıb.
"Biz, şübhəsiz, Qəzzada bütün ilboyu döyüşəcəyik", - o deyib.
İsrail ordusunun İordan çayının qərb sahilində ayıqlığı qoruyub-saxladığını deyən Halevi İsrail hərbçilərinin şimalda da "Hizbullah"a müqavimət göstərəcəyini bildirib.
Qeyd edək ki, bir qədər əvvəl İsrailin müdafiə naziri Yoav Qallant Qəzza zolağında münaqişənin bütün İsrail əsirləri geri qaytarılanadək davam edəcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31