Qatar relsdən çıxdı, Ukraynada qatarlar dayandı

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Polşada yük qatarı relsdən çıxıb.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Ukrzaliznitsia"nın (Ukraynanın Dəmir Yolları) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Polşada qatarın relsdən çıxması nəticəsində Przemysl istiqamətində qatarların hərəkəti təxminən iki saatlıq dayandırılıb.

Ukraynanın Dəmir Yolları qeyd edir ki, onlar mümkün qədər tez bir zamanda nəqliyyatın bərpası üçün polşalı həmkarları ilə əlaqə saxlayırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31