Dönüş nöqtəsinin açar sözləri: NASA, pişik videosu, lazer… - ÖZƏL
20 Dekabr 2023 15:16 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Amerika Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) kosmik gəmisi "Psyche" 31 milyon kilometr məsafədən yüksək texnologiyalı lazerlə pişik videosunu yerə göndərməyi bacardı.
Olaylar.az xəbər verir ki, ASA-nın 11 dekabrda Dərin Kosmik Optik Rabitə layihəsi (DSOC) çərçivəsində kosmik gəmidən göndərdiyi video, Kaliforniya Texnologiya İnstitutunun Palomar rəsədxanasındakı Hale teleskopuna 101 saniyədə çatıb.
NASA, sınaqdan keçirdiyi lazer texnologiyasının nəticədə Günəş sisteminin daha uzaq hissələri ilə əlaqəni yaxşılaşdıracağına ümid edir.
Qeyd edək ki, videonun hər bir çərçivəsi NASA-nın Cənubi Kaliforniyadakı "Jet Propulsion" laboratoriyasına canlı olaraq göndərildi və burada real vaxtda oynandı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31