KTMT Baş Katibi İrəvana gedəcək

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqabetov dekabrın 21-də İrəvana səfər edəcək.

Olaylar.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Tasmaqabetov İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Görüşdə KTMT-nin Minsk sammitinin yekunlarının müzakirə olunacağı deyilir.

Qeyd edək ki, Ermənistanın nümayəndə heyəti dekabrın 19-da Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyası Şurasının birgə iclasında iştirak etməyib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan da noyabrın 23-də KTMT-nin iclasında iştirakdan imtina edib. Bundan başqa, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan parlamentinin spikeri Alen Simonyan Kollektiv KTMT-nin Minsk görüşündə iştirak etməyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31