Türkiyədə binada yanğın - Ölən və yaralananlar var
20 Dekabr 2023 13:11 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İstanbulun Esenler rayonunda üç mərtəbəli binada yanğın olub. 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Olaylar.az bu barədə Türkiyə KİV-inə istindən xəbər verir.
Məlumata görə, binanın birinci mərtəbəsində mebel sexində başlayan yanğın daha sonra üst mərtəbələrə də keçib.
Yanğının səbəbi hələlik məlum deyil. Hadisə yerinə çox sayda yanğınsöndürmə heyəti, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Yaralılar xəstəxanaya yerləşdirilib, birinin vəziyyəti ağır olaraq qiymətləndirilir. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31