Evdə doğdu, uşağını 3-cü mərtəbədən atdı - Dəhşətli hadisə

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

İstanbulda evdə doğum edən qadın körpəsini 3-cü mərtəbədən atıb.

Olaylar.az xəbər verir ki, dəhşətli hadisə İstanbulun Şişli şəhərində baş verib. 22 yaşlı hamilə qadın evdə vaxtından əvvəl doğuş edib. Daha sonra körpəni 3-cü mərtəbədən binanın içərisinə atıb.

Aradan 20 gün keçib və ətrafa pis qoxular yayılıb. Binaya enən sakinlər körpənin cəsədi ilə qarşılaşıblar.

Hadisə yerinə polis qrupları sövq edilib. Körpənin meyiti yarılma üçün Ədliyyə Tibb İnstitutuna aparılıb.

Körpəsini 3-cü mərtəbədən atan ana saxlanılıb.

Polis bölməsində ifadə verən qadın məhkəməyə sövq edilərək, həbsxanaya göndərilib. (Bakupost.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31