Mən Ərdoğanla bu məsələdə çox işləmişəm

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi məsələsində heç bir nəticə əldə etməyib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenskinin sözlərinə görə, əsirlərin mübadiləsi kifayət qədər mürəkkəb məsələdir, xüsusən də bu, Krımdakı məhbuslara aiddir. Bununla belə, o, Ərdoğanın bu məsələdə kömək edəcəyinə söz verdiyini xatırladıb:

"Krımlılara gəlincə, mürəkkəb tarixçədir. Beynəlxalq təşkilatlara təşəkkür ediləcək bir şey yoxdur, heç nə edə bilmədilər. Mən Ərdoğanla bu məsələdə çox işləmişəm. Hörmətli Prezident Ərdoğan indiyədək Krım ərazisində olan məhbuslarla bağlı nəticə əldə edə bilməyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31