Yarım milyon insan səfərbər oluna bilər! - ŞOK AÇIQLAMA

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Ukrayna ordusunun Baş Qərargahı hökumətdən 450-500 min insanın səfərbərliyə cəlb olunması ilə bağlı icazə istəyib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Dövlət başçısı hələ ki, bununla bağlı qərar qəbul olunmadığını bildirib:

"Baş Qərargah yaranan kəsirlə bağlı müraciət ünvanladılar. Onların nöqteyi-nəzərinə görə, 450-500 min insan səfərbər edilməlidir. Bu, çox ciddi rəqəmdir. Hələ ki, bu yöndə qanun imzalanmayıb. Daha çox arqument, konkretlik gərəkdir".

Dövlət başçısı onu da əlavə edib ki, belə səfərbərlik hökumətə 500 milyard qrivnaya başa gələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31