Qaribaşvili NATO baş katibinin nümayəndəsi ilə görüşdü
19 Dekabr 2023 18:53 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Hökumət administrasiyası məlumat yayıb.
Görüşdə NATO-Gürcüstan əməkdaşlığının əsas istiqamətləri və Gürcüstanın Avroatlantik inteqrasiya istiqamətində əldə etdiyi irəliləyişlər müzakirə olunub. Baş nazir qeyd edib ki, Avropa və Avroatlantik məkana inteqrasiya ölkəsinin xarici və təhlükəsizlik siyasətinin əsas prioritetlərindən biridir.
Tərəflər dünyada və regionda, eləcə də Qara dəniz hövzəsində mövcud təhlükəsizlik mühiti və çağırışlar barədə fikir mübadiləsi aparıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31