Moskvanın hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub
19 Dekabr 2023 16:48 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Moskvanın Domodedovo və Vnukovo hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyət tətbiq olunub.
Olaylar.az xəbər verir ki, bu barədə hava limanlarının mətbuat xidmətləri məlumat yayıb.
Belə ki, Domodedovo hava limanında əlavə təhlükəsizlik tədbiri olaraq, altı təyyarə ehtiyat aerodromlara yönləndirilib.
Vnukovo hava limanında da təyyarələrin uçuşu və enişinə müvəqqəti məhdudiyyət tətbiq olunub. Artıq hava limanı təyyarələri qəbul edir və uçuşları həyata keçirir. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31