Komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
15 Dekabr 2023 10:45 OrduXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
2023-cü ilin hazırlıq planına uyğun olaraq komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.
Müdafiə Nazirliyindən Olaylar.az-a bildirilib ki, ssenariyə əsasən, "Həyəcan" siqnalı ilə qaldırılan bölmələrə təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar verilib.
Ərazinin vizual müşahidəsi və hava kəşfiyyatının aparılması ilə şərti düşmən obyekti qiymətləndirildikdən sonra onun hərbi texnikası pusquya salınıb, qruplaşmanın üzvləri ələ keçirilib.
Meşəlik ərazilərdə keçirilən taktiki-xüsusi təlim zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla icra edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31