Çin Trampın İrana hərbi yardımla bağlı iradlarını rədd edir- ÖZƏL

Çin hakimiyyəti ABŞ prezidenti Donald Trampın ABŞ tərəfindən saxlanılan İran gəmisinin Çindən hərbi yardım daşıdığı ehtimalı ilə bağlı iddiasını rədd edir.  Olaylar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun brifinqdə bildirib ki, "Çin heç bir faktiki əsası olmayan istənilən ittiham və eyhamlara qarşıdır".

O, həmçinin vurğuladı ki, "normal beynəlxalq ticarət və iqtisadi əməkdaşlıq müdaxiləyə və ya maneələrə məruz qalmamalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31