Rusiya Dövlət Duması: Paşinyanın qələbəsi Ermənistanın KTMT-dən çıxışı ilə nəticələnə bilər – ÖZƏL
12:20 DünyaL
Olaylar.az xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin müavini Viktor Vodolatski bəyan edib ki, Nikol Paşinyan növbəti parlament seçkilərində qələbə qazanacağı təqdirdə Ermənistanın xarici siyasət kursu kəskin şəkildə Qərbə yönələ bilər. Vodolatskinin fikrincə, bu proses ölkənin KTMT-dən tamamilə çıxması və MDB-dəki iştirakının dayandırılması ilə nəticələnəcək. Rusiyalı deputat iddia edir ki, Ermənistan hökuməti artıq Rusiya ilə münasibətləri kəsmək və Qərblə yaxınlaşmaq niyyətini nümayiş etdirib.
Nikol Paşinyan isə öz növbəsində qeyd edib ki, KTMT-dən çıxışla bağlı yekun qərar konkret şəraitdən asılı olacaq. O, hazırda ölkəsinin təşkilatdakı üzvlüyünün "dondurulmuş" vəziyyətdə qaldığını, lakin hökumət proqramının hələlik bu münasibətlərin aktiv bərpasına yönəlmədiyini bildirib