Türkiyə bələdiyyəsində ƏMƏLİYYAT: 47 vəzifəli şəxs həbs edildi

Şanlıurfada Halfeti Bələdiyyəsi ilə əlaqəli tenderlərdə korrupsiya iddialarını hədəf alan səhər basqını zamanı keçmiş bələdiyyə sədri Şərəf Albayrak, inzibati heyət və texniki heyət də daxil olmaqla 47 nəfər saxlanılıb.

Milli.Az xəbər verir ki, Şanlıurfada Halfeti rayon bələdiyyəsinə qarşı səhər saatlarında keçirilən basqında keçmiş bələdiyyə başçısı Şərəf Albayrak da daxil olmaqla 47 nəfər nəzarətə alınıb.

Əldə edilən məlumata görə, Şanlıurfa Vilayət Polis İdarəsinin Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi və Birecik Rayon Polis İdarəsi qrupları Birecik Baş Prokurorluğunun təlimatı ilə Halfeti Bələdiyyəsinə qarşı səhər əməliyyatı keçirib.

Əməliyyatda 2019-cu il yerli seçkilərindən 2024-cü ilə qədər davam edən idarəetmə dövründə və qəyyumluq dövründə tenderlərdə korrupsiya baş verdiyi iddiası ilə 47 nəfər saxlanılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31