Jozep Borrel Türkiyənin XİN rəhbəri ilə Qarabağdakı vəziyyəti müzakirə edib
21 Sentyabr 2023 22:45 DünyaAvropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrel Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə J.Borrel "X" platformasındakı paylaşımında qeyd edib.
O, bildirib ki, görüşdə Aİ-Türkiyə əlaqələrində atılacaq növbəti addımlar, həmçinin Qarabağdakı vəziyyət müzakirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31