Google Rusiya şirkətləri üçün xidmətləri bloklamağa başlayıb - ÖZƏL

Google ABŞ sanksiyalarına məruz qalan bir neçə Rusiya şirkətinə korporativ Google Workspace xidmətlərini bloklayıb. 

Olaylar.az xəbər verir ki, bu səbəbdən, Google Workspace-də verilənləri (korporativ poçt, sənədlər, disk və s.) olan şirkətlər alternativ iş yerlərində ehtiyat nüsxəsini çıxarmasalar, indi məlumatı itirə bilərlər.

Mənbələrin məlumatına görə, kütləvi bloklama Google tərəfindən avqustun 10-na keçən gecə başlayıb.

"Maliyyə və reputasiya itkisi riski var, demək olar ki, bütün vacib sənədlər və yazışmalar Google korporativ yaddaşında qalıb", - deyə mütəxəssislərdən  biri qeyd edib.

Rusiya İT şirkətlərinin əməkdaşlarına gələn məktubda Google, bloklamanın "spam mesajlar" olduğunu müdafiə edib. 

Softline bulud həllərinin inkişafı şöbəsinin rəhbəri (Google Workspace həllərinin distribyutoru) Kirill Vinokurov bildirib ki, Google xidmətlərdən istifadə qaydalarını pozduğuna görə hesabları bloklaya bilər. Onun sözlərinə görə, indiyə qədər blokada artım olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31